Ak Parti Genel Başkan Yardımcısı Ömer Çelik:
Azerbaycanlı Şair: Zöhrə Qaraqızı'nın MUSTAFA KEMAL ATATÜRK'ÜN ƏZİZ XATİRƏSİNƏ yazdığı şiiri.
26.05.2023 - Cuma 05:19

MÜSTAFA KAMAL ATATÜRKÜN ƏZİZ XATİRƏSİNƏ
Türkün xilaskarı tək,
Günəş kimi doğmusan.
Türkün düşmənlərini,
Cəhaləti boğmusan.
Yeni dünya qurmusan,
Öz dühanla, əlinlə.
Cümhuriyyət yaratdın,
Atatürk, əməlinlə.
Vətən, millət deyərək,
Mərdliyinlə ucaldın.
Millətə mayaq olub,
Ata kimi tac aldın.
Ədalət zəfər çaldı,
Gəlişinlə elində.
Türkün dostu türk olar,
Dastan oldu dilində.
Qüdrətindən güc aldı
Türkün hər oğul, qızı.
Tarixdə qalıb adın,
Türkün sönməz ulduzu!
Yurdda sülh, cahanda sülh,
Oldu andın, amalın.
Dövləti min yaşasın,
Qoy Mustafa Kamalın!
Zöhrə Qaraqızı
QƏHRƏMAN ŞUŞAM MƏNİM
Ey mənim qeyrət qalam,
Ey mənim ev- eşiyim.
Sənlə ucadır başım ,
Mədəniyyət beşiyim.
Cabbarın, Üzeyirin,
Bülbülümün səsisən.
Boyük Xan Şuşinskinin
Sən odlu nəfəsisən.
Azərbaycan bir üzük,
Sən də onun qaşısan.
El bilir, aləm bilir,
Şəhərlərin başısan.
Zamanın sınağından
Üzüağ, məğrur çıxdın.
Zəfərinlə qəlblərə
Günəş kmi sən çaxdın.
Natavanın , Vaqifin,
Şeir, sənət məbədi.
Azad oldun yağıdan,
Yaşayacan əbədi!
Şəhidlərin qanıyla
Suvarıldı hər yanın.
Müqəddəs şəhərisən
İndi sən də dünyanın!
Qəhrəman Şuşam mənim,
Varlığımsan, canımsan.
Sən döyünən ürəyim,
Şöhrətimşən, şanımsan!
Zöhrə Qaraqızı
ŞUŞADAN SALAM GƏTİRDİM.
Qürurluyam, əziz dostlar,
Şuşamıza gəlib bahar.
Ürəyimdə xoş arzular,
Şuşadan salam gətirdim.
Şəhidləri qaya aşan ,
Ruhları göydə dolaşan,
Köynəyi qana bulaşan ,
Şuşadan salam gətirdim .
Çiçəkli "Cıdır düzü"ndən,
Al günəşli gündüzündən.
İgid oğullar izindən,
Şuşadan salam gətirdim.
Xarı bülbülün gülündən,
Aşıq Pərilər dilindən,
Üzeyirdən, Bülbülündən,
Şuşadan salam gətirdim.
Başı dumanlı dağından,
Natavanın bulağından.
Sazlı, sözlü növrağından,
Şuşadan salam gətirdim.
Oğulları qeyrət atlı,
Hər biri qartal qanadlı,
Vətənə Zəfər sovqatlı,
Şuşadan salam gətirdim.
Zöhrənin Vətəndi canı,
Vətənlə çağlayır qanı.
Şuşadır şərəfi, şanı,
Şuşadan salam gətirdim.
Zöhrə Qaraqızı
Təşəkkür edirəm, kiymətli Halise hanım!